Xarici İşlər naziri İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
07
sen
2020
14:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfir Seyid Abbas Musəvi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Görüşdə İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...