Xarici ölkələrdən olan tanınmış səyyahlar Ağdama səfər etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Ağdamla tanışlığa başlayıb.
Qeyd edək ki, nümayəndə heyəti səfərə Şuşa şəhərindən başlayıb. Daha sonra heyət Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək.
Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...