Xarici jurnalistlər Şuşaya səfər ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup xarici jurnalist Şuşa şəhəri ilə tanış olub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, xarici media nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.
İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Sonra Aşağı Gövhər Ağa məscidində, karvansarada olan jurnalistlərə orada aparılan bərpa işləri barədə məlumat verilib.
Sonda isə xarici jurnalistlər Şuşa qala divarını ziyarət ediblər.
Qeyd olunub ki, Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz yerdə inşa olunub. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunurdu, bu da onun müdafiəsini gücləndirirdi.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...