Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
"Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, onların mövcud durumu, çox sayda icra olunan müqavilə və layihə, eyni zamanda, yeni imkanlar və perspektivlər barədə ətraflı danışmaq imkanımız oldu. Biz iqtisadi sahədə olan əməkdaşlıqdan məmnunuq və burada xeyli yeni istiqamətlər mövcuddur".
BAKU.WS xəbər verir ki, bu xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir:
"Ənənəvi olaraq enerji sahəsi ən böyük əməkdaşlıq sahələrindən biridir. Nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, su idarəetməsi, kosmik sahədə olan əməkdaşlıq xüsusi əhəmiyyət və perspektiv kəsb edən sahələr kimi dəyərləndirilib və bu sahələr ətrafında biz bu gün müzakirələr apardıq".
"Ötən ilin nəticələri təhlil edilərkən ən çox məmnunluq doğuran sahələrdən biri turizm sahəsində olan əməkdaşlıq və nəticəsidir. 2025-ci ilin 11 ayının nəticələrinə əsasən, İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə iki dəfədən çox artıb. Bu müsbət dinamikanın qorunub saxlanılması da prioritetlər arasındadır", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
İsrail XİN rəhbəri Mikayıl Cabbarovu ölkəsinə dəvət edib
İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu İsrailə səfərə dəvət edib. BAKU.WS report-a istinadən xəbər verir ki...