Xankəndinə gedən azərbaycanlı: "Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb".
BAKU.WS xəbər verir ki, bunu report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib.
Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib:
"İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb".
E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb:
"Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndinə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdü. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdi".
Oxşar xəbərlər
Bu gün Xankəndi-Laçın yolunda sühməramlıların 51 avtomobili maneəsiz keçib - FOTO - YENİLƏNİB
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. BAKU.WS report-a istinadən xə...