Xankəndidən qaçan ermənilər otelləri doldurdular - FOTO

Xankəndidən qaçan ermənilər otelləri doldurdular - FOTO
Foto
Siyasət 6850

Ermənilərin Azərbaycanın işğal edilən torpaqlarından qaçışı davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır. Znak.com-un məlumatına görə, daha aktiv qaçış Xankəndidə müşahidə edilir. Qarabağdakı ermənilər birbaşa Ermənistana - paytaxt İrəvan və Gorusa üz tuturlar. Artıq şəhərdəki bütün mehmanxanalar Qarabağdan gələnlərlə dolub.

Xatırladaq ki, prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib ki, bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. "Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi də işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırmışdı.

Son xəbərlər