Xankəndidəki hərbi obyektlərə zərbələr endirilir
06
okt
2020
17:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərdəki hərbi obyektlərə əks hücumları davam edir.
BAKU.WS xəbər verir ki, Milli Ordunun cavab atəşləri nəticəsində Xankəndidəki hərbi qarnizonun binası məhv edilib.
Hərbi obyektin ermənilər üçün strateji önəm kəsb etdiyi deyilir.
İşğalçı ölkənin mediası dağıdılan qarnizonun şəkillərini mülki əhalinin binasına dəymiş ziyan kimi təqdim edir.
Qeyd edək ki, buna qədər də Xankəndi şəhəri ətrafında hərbi bazalar sıradan çıxarılmışdı.
Oxşar xəbərlər
Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmağa davam edir
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı...