Xankəndidə seçkiyə hazırlıq necə gedir? - FOTO

Xankəndidə seçkiyə hazırlıq necə gedir? - FOTO
Foto
Siyasət 14

"Xankəndidə seçkiyə hazırlıq prosesi artıq bir həftədir ki, yekunlaşıb".

BAKU.WS xəbər verir ki, bunu report-un Qarabağa ezam olunan əməkdaşına 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsinin sədri İmran Mirzəyev deyib.

O bildirib ki, hər şey çox yüksək səviyyədə hazırlanıb:

"Hər şeylə təchiz olunmuşuq. Seçki məntəqəmizin üzvləri də tam hazırdırlar, təlimat keçiblər. İnşallah, seçkini çox yüksək səviyyədə keçirəcəyik".

Məntəqə sədri qeyd edib ki, artıq bütün seçicilərə bildirişlər paylanılıb.

"Sevindirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz də var. Onlar ilk dəfə bu seçkidə məntəqəyə gələcəklər", - İ.Mirzəyev vurğulayıb.

Son xəbərlər