Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 6-7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, həftəsonu paytaxtda və ayrı-ayrı rayonlarda 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Eyni zamanda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Xankəndidə 8 qumbara, 7 avtomat və 1 pulemyot tapılıb
Xankəndi şəhəri ərazisindən 8 qumbara, 7 avtomat və 1 pulemyot tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, poli...