Xaçmazın yeni icra başçısı küçədə sakinlərlə görüşdü
10
noy
2019
11:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazın yeni təyin olunan icra başçısı Elnur Rzayev vətəndaşlarla görüşüb.BAKU.WS xəbər verir ki, Elnur Rzayev Xudat sakinləri ilə görüşüb və onların problemlərini dinləyib. Bir-bir sakinlərlə söhbət edən icra başçısı vətəndaşların problemlərinin həll edilməsi ilə bağlı göstərişlər verib. Qeyd edək ki, prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən onlara göstərişlər vermişdi:"Siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm".Foto: azxeber
Oxşar xəbərlər
Prezidentin yeni təyin etdiyi gənc icra başçısından NÜMUNƏVİ ADDIM
Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb. Bu barədə BAKU.WS-ə İcra Hakimiyyətindən məluma...