WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunub.
Bildirilib ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...