“WhatsApp”da yeni virus yayılır
27
yan
2021
20:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü “Huawei Mobile” aplikasiyası kimi təqdim edir.
Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda “Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.
Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.
Oxşar xəbərlər
“WhatsApp”ın bu ay itirdiyi istifadəçi sayı açıqlandı
Populyar “WhatsApp” messenceri yanvarın əvvəlindən 30 milyondan çox istifadəçidən məhrum olub. “The Guardian” nəşrinin məlumatına görə, bu, istifadəçilərin proq...