Vüqar Bayramov: "İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb"
 
                            Azərbaycan iqtisadiyyatının keçirdiyi dövrü 3 mərhələyə bölmək mümkündür. Müstəqilliyin ilk illərindəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə qədəm qoydu".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, AXC-Müsavat qrupunun iqtidarı dövründə iqtisadiyyat ciddi böhran mərhələsinə qədəm qoymuş və sənaye və kənd təsərrüfatı istehsalı 2.7 dəfə azalmışdı:
"1993-2003-cü illərdə ümummilli liderin yeni hakimiyyətdə olduğu dövrdə tənəzzülün qarşısı alındı və iqtisadiyyat inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişaf ilə əvəz olundu. 1996-2002-ci illərdə ÜDM 71 faiz artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 faiz, nəqliyyat və rabitədə 4.2 dəfə olmuş, tikintidə 5 dəfə və ticarətdə isə 1.9 dəfə artım qeydə alındı. Bu o deməkdir ki, indiki toksik müxalifətin iqtidarda olduğu dövrdə yarıtmaz idarəetmə nəticəsində toksikləşdirdiyi iqtisadiyyat məhz ümummilli liderimizin rəhbərliyi sağlamlaşdırıldı və yeni inkişaf mərhələsinə qədəm qoydu".
"İlham Əliyevin 22 illik Prezidentliyi dövründə isə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir", - deyə deputat vurğulayıb.
Oxşar xəbərlər
Baş nazir Əli Əsədov İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 31-də İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvanla görüşüb. BAKU.WS xəbər verir ki...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    