Vuçiç: Serbiya və Misir xüsusi təyinatlıların birgə hərbi təlimlərini keçirəcək
Serbiya və Misir tezliklə birgə hərbi təlimlər keçirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə görüşündən sonra deyib.
“Biz bütün geosiyasi məsələləri müzakirə etdik, kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret əməkdaşlıq növləri haqqında danışdıq, tezliklə Serbiya və Misir ordularının, ilk növbədə, bizim xüsusi bölmələrimizin birgə təlimləri keçiriləcək”, – Vuçiç söyləyib.
O, Misir liderinin dünyada sülh arzulayan nadir siyasətçilərdən olduğunu vurğulayıb və Ukraynadakı müharibə ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.
Oxşar xəbərlər
Misir Prezidenti fələstinlilərin hər hansı formada köçürülməsini rədd edib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə fələstinli həmkarı Mahmud Abbasla danışıqlar zamanı fələstinlilərin istənilə şəkildə köçürülməsini qəti şəkildə rə...