Voronej qubernatoru əhaliyə səsləndi: Anlayış göstərin

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında vətəndaşları M-4 Don şosesi boyunca, regional və yerli yollar da daxil olmaqla, səyahətdən çəkinməyə çağırıb.
“Lazım gələrsə, tətbiq edəcəyimiz əlavə məhdudiyyətlərə - kütləvi tədbirlərin keçirilməsinə qoyulacaq qadağa, avtomobillərin yoxlanılıb buraxılması və digər tədbirlərə anlayışla yanaşın”, - deyə rayon rəhbəri vurğulayıb.
A.Qusev əlavə edib ki, hüquq-mühafizə orqanları ilə mütəmadi olaraq operativ müşavirələr keçirir, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülür.
Qubernator həmçinin yalnız rəsmi mənbələrdən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
