Vladimir Zelenski Azərbaycana səfərə hazırlaşır
23
sen
2019
22:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycana səfərə hazırlaşır.Bu barədə məlumat sentyabrın 23-də Kiyevdə keçirilən “Yeni parlamentin gündəliyi: vətəndaş cəmiyyəti, biznes və hakimiyyət sahəsində dialoq” forumunda diqqətə çatdırılıb. Forumda prezidentin müşaviri, Bleyzer Beynəlxalq Fondunun icraçı direktoru Oleq Ustenko da iştirak edib.Media.Az saytının Kiyevdəki bölgə müxbiri ilə söhbətində Ustenko Ukrayna prezidentinin Bakıya səfərə hazırlaşdığını bildirib. Hələlik, səfərin tarixi bəlli olmasa da, amma işgüzar səfərlərin qrafikində Azərbaycan da yer alıb.Ukrayna prezidentinin müşaviri deyib ki, Kiyev Bakını özünə strateji müttəfiq bilir. Söhbət təkcə energetika sahəsindəki əməkdaşlıqdan getmir. Siyasət, biznes, mədəni mübadilə və təhsil sahələri də bura aiddir. Bundan başqa, Ukraynada güclü Azərbaycan diasporu var.
Oxşar xəbərlər
Zelenski Putini əsirləri buraxmağa razı salıb
Rusiya və Ukrayna rəsmiləri əsirlərin azad edilməsi ilə bağlı danışıqlar prosesində final mərhələsindədir.BAKU.WS xəbər verir ki, bu barədə "Kommersant" qəzeti...