Vladimir Putin İlham Əliyevə təşəkkür etdi

Vladimir Putin İlham Əliyevə təşəkkür etdi
Siyasət 150

"Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq".

BAKU.WS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.

"Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk.

Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır", - deyə Rusiya prezidenti əlavə edib.

Son xəbərlər