Vilayət Eyvazovdan yeni TƏYİNAT
21
dek
2020
12:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilib.
O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub.
Əvvəlki böyük köməkçi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....