Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək
Siyasət 553

Daxili İşlər naziri Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxşar xəbərlər

Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi

Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daşkəsən rayon Dövlət Yol Polis Bölsinə yeni rəis təyin edilib. Bu barədə BAKU.WS-in bölgə müxb...

5524 Siyasət 16:13 25 noyabr 2019

Son xəbərlər