Vətən müharibəsində şəhid olan hərbçi Mingəçevirdə dəfn olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...