Vətən müharibəsində 12 ermənini məhv edən igid - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.
1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. O, Ağstafa rayon Şahin Abadov adına orta məktəbi bitirib.
Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.
Ailəlidir. İki oğlu var.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...