Vergilər Nazirlyinin səlahiyyətləri artırıldı - FƏRMAN

Vergilər Nazirlyinin səlahiyyətləri artırıldı - FƏRMAN
Siyasət 4452
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.BAKU.WS xəbər verir ki, bu dəyişiklik Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlıdır.Belə ki, bundan sonra vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı inzbati protokolu Vergilər Nazirliyi tərtib edəcək.İnzibati Xətalar Məcəlləsinin 460-cı (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsinə əsasən, az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.Bu maddədə “az miqdar” dedikdə, 20 min manatdan yuxarı olmayan məbləğ başa düşülür.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.İndiyədək işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə inzibati protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərtib edirdi.BAKU.WS

Oxşar xəbərlər

Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM

Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Re...

9169 Siyasət 20:00 16 noyabr 2018

Son xəbərlər