Vaşinqtonda əhəmiyyətli üçtərəfli görüş: Tramp, Əliyev və Paşinyan bir araya gəlirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Ağ Evin açıqlamasına görə, görüş regionda davamlı sülhün təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Görüşlər ardıcıl olaraq baş tutacaq: Vaşinqton vaxtı ilə əvvəlcə Paşinyanla, daha sonra İlham Əliyevlə ikitərəfli danışıqlar keçiriləcək. Gecə saatlarında isə üçtərəfli formatda görüş nəzərdə tutulub.
Tərəflərin əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında hələ imzalanmamış sülh sazişi olacaq. Görüşdən sonra rəsmi açıqlamanın verilməsi gözlənilir.
Ekspertlər bu görüşü region üçün "tarixi imkan" kimi dəyərləndirirlər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...