Vaşinqton Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib.
"ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya (Bakı ilə İrəvan arasında - red.) ümid etdiyini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıblar. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir", - o bildirib.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün imzalanması, eləcə də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı sualları cavablandıran Dövlət departamentinin nümayəndəsi Ağ Evdəki görüşün nəticələrinin elan olunmasını gözləməyi tövsiyə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...