Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edir.
Qeyd edilib ki, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib: “Çünki bu aksiyaya icazə verilməmişdi, sadəcə 20-25 dəqiqəlik vaxt verilmişdi. Daha sonra təxminən 16-17 km-lik məsafədə bayraqlarla Ermənistan səfirliyi qarşısına yürüş olub. Aksiyada “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilir. Ermənistan səfirliyinin nümayəndələri polisdən aksiyanı dayandırmağını istəsə də, polis heç bir müdaxilə etmədi. Hazırda səfirliyin qarşısında dinc aksiya davam edir”.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...