Varşavada IDIFA Sülh Naminə Hərəkatı təsis edilib - FOTO

Varşavada IDIFA Sülh Naminə Hərəkatı təsis edilib - FOTO
Siyasət 61

Mənzil qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib. Hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir.

Bu barədə BAKU.WS-ə açıqlama verən IDIFA-nın qurucularından biri, Polşa Azərbaycanlılar Birliyinin həmtəsisçisi Cavid Zeynalov deyib ki, bu məqsədlərin həyata keçirilməsi üçün hərəkat qarşısına bir sıra ciddi vəzifələr qoyub:

"Hərəkatımızın www.idifa.net adlı internet portalı vasitəsi ilə bu məqsəd və ideyalarımızın icrasına çalışacağıq. Hərəkat olaraq müxtəlif beynəlxalq təşkilatlar, xarici KİV-lər, eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumları və diaspora təşkilatları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq platformalarda dövlət maraqlarımızın qorunması işinə töhfə verməyi hədəfləyirik".

C.Zeynalov qeyd edib ki, Hərəkatın Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümündə təsis edilməsi təsadüfi deyil və simvolik mahiyyət daşıyır:

"IDIFA Hərəkatı olaraq biz Azərbaycan dövlətinin və onun müvafiq strukturlarının beynəlxalq müstəvidə ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki fəaliyyətini təqdir və dəstəkləyirik. Bir hərəkat olaraq biz də daima Azərbaycanı təmsil etmənin yeni strateji yol və metodlarını axtararaq bu siyasətə dəstək verməyə çalışacağıq".

Varşavada IDIFA Sülh Naminə Hərəkatı təsis edilib - FOTO

Son xəbərlər