“Vaqner” Belarus ordusuna təlim keçəcək

“Vaqner” Belarus ordusuna təlim keçəcək
Siyasət 44

Rusiyanın muzdlu “Vaqner” qrupunun döyüşçülərinin Rusiyada üsyana cəhd etməsindən sonra Kremllə razılaşma əsasında yerləşdikləri Belarusda orduya təlim keçəcəkləri açıqlanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib:

“Silahlar haqqında bizə məlumat verəcəklər. Onlar hansının yaxşı işlədiyini, hansının yaramadığını danışacaqlar”.

Belarus prezidenti Lukaşenko onu da bildirib ki, "Vaqner" həmçinin Belarus ordusuna “taktika, sursat, hücum və müdafiə üsulları” öyrədəcək.

Son xəbərlər