Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi
Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 2025-ci il dekabrın 22-də pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasiya tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
İordaniya Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə deyilir: "Hörmətli cənab Prezident. Za...