Vanq Huiyao: Biz həmişə Azərbaycanın "yumşaq gücü"nə heyran olmuşuq
Çinin İpək Yolunu asanlaşdıran "Bir Kəmər, Bir Yol" Təşəbbüsü var və biz onu canlandıracağıq.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş Dövlət müşaviri Vanq Huiyao Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.
O bildirib ki, Çin yeni bir dəhlizin, yeni əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Vanq Huiyao Çindən Avropaya daşınmaların həcminin artdığını deyib. "Düşünürəm ki, bütün bu fərqli dəhlizlər birlikdə işləməlidir. Çinin "Bir Kəmər, Bir Yol" layihəsi artıq 12 ildir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu cür yanaşma, infrastruktur, insanlar arasında mübadilə rifahı, sabitliyi qorumaq və sülh yaratmaq üçün həqiqətən vacibdir. Çinin bütün bu böyük işləri görməsi, düşünürəm ki, çox faydalıdır. Azərbaycan əla bir ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın "yumşaq gücü"nə heyran olmuşuq",- deyə o bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna Prezidentləri Rusiya ilə sülhü müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski son enerji yardımı paketinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə Zele...