ÜST nümayəndəsi: COP29 qlobal qərarların qəbulu baxımından mühüm hadisədir
BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal qərarların qəbulu baxımından mühüm hadisədir.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi problemlərinin həlli böyük məsuliyyət tələb edir: “Hazırda daha bir çoxtərəfli qərar qəbul etmə prosesinə - COP29-a hazırlaşırıq. Söhbət, şübhəsiz ki, ekzistensial problemdən - iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçmağa və qapıları bağlamağa yerimiz yoxdur. Gedib yenidən başlaya biləcəyimiz başqa planet yoxdur”.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...