ÜST koronavirusu pandemiya elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
BAKU.WS-in məlumatına görə, bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.
Qeyd edək ki, martın 11-nə olan məlumata görə, dünyanın 114 ölkəsində 118 min insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyə qədər 4 minə yaxın insan həyatını itirib. Koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronavirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.
Oxşar xəbərlər
KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: 60 mindən çox xəstə sağalıb
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 107 min 725 nəfərdən 60 min 660 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...