ÜST: "COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bəzi ölkələr və bölgələr “COVID-19” ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: “Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm”.
Oxşar xəbərlər
ÜST-dən pandemiyanın II ili ilə bağlı təhlükəli XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü il...