Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır

Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır
Siyasət 13

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Lakin belə bir fikir var idi", - o, jurnalistlərə bildirib.

Y.Uşakovun sözlərinə görə, Rusiya bu cür formata etiraz etməyib.

Son xəbərlər