Ukraynanın veteranlarla iş üzrə naziri istefa verib
05
fev
2024
23:53
Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, müraciətə növbəti plenar iclasda baxılacaq.
Qeyd edək ki, Y.Laputina Kiyevdə anadan olub. Psixoloji və pedaqoji təhsil alıb. 1992-ci ildən Ukrayna Təhlükəsizlik Xidmətində (UTX) işləyib.
Ali Rada onu 2020-ci ilin dekabrında veteranlarla iş üzrə nazir təyin edib.
Oxşar xəbərlər
Ukraynada daha bir nazir istefa verib
Ukraynanın gənclər və idman naziri Vadim Qutçayt istefa ərizəsini Ali Radaya təqdim edib. Bu barədə parlamentin spikeri Ruslan Stefançuk sosial şəbəkələrdə məlu...