Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsini Radaya təqdim edib

Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsini Radaya təqdim edib
Siyasət 16

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya (parlament – red.) təqdim edib.

APA-nın Radanın saytına istinadla verdiyi məlumata görə, hər iki qanun layihəsi artıq Rada rəhbərliyinə baxılmaq üçün təqdim olunub. Sənədlərin mətnləri hələ dərc olunmayıb.

Deputat Yaroslav Jeleznyak bildirib ki, hərbi vəziyyət və ümumi səfərbərliyin noyabrın 15-dək uzadılması ehtimalı var.

Son xəbərlər