Ukraynanın müdafiə naziri nüvə fəlakəti ilə bağlı xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov nüvə fəlakəti ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Avropada nüvə fəlakətinin baş verməməsi üçün bütün beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir göstərməyi xahiş edirik. Enerqodar şəhərinin və Zaporojye AES-in ətrafının davamlı atəşə tutulması təxribatdır. Bizim bunu etməyimizin mənası yoxdur. Çünki biz nüvə fəlakətinin nəticələrini başa düşürük", - O.Reznikov bildirib.
O həmçinin 1986-cı ildə baş vermiş Çernobıl faciəsini xatırladıb: "Biz bunun necə böyük təhlükə olduğunu bilirik. Ona görə də beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir etməyi xahiş edirik".
Oxşar xəbərlər
Ukrayna müdafiə naziri Rusiya ilə danışıqların şərtini açıqlayıb
Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb. BAKU.WS Report-a istinadən xəbər verir ki, o bu barədə yerli mətbuata müsahib...