Ukrayna müdafiə naziri Rusiya ilə danışıqların şərtini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, o bu barədə yerli mətbuata müsahibəsində deyib.
“Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasında əyləşsin:
"Referendum" keçiriləcəyi halda, heç bir danışıqlardan söhbət getməyəcək. Amma sizə demək istəyirəm ki, rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”.
Reznikov həmçinin xatırladıb ki, "Minsk-3" razılaşmasını əldə etməyin mənası yoxdur.
Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya ssenarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir".
Xatırladaq ki, daha əvvəl ekspertlər savaşın qış ayında bitəcəyini istisna etməmişdilər.
Oxşar xəbərlər
Ukraynanın könüllü hərəkatının rəhbəri rastlaşdığı dəhşətlərdən DANIŞDI - FOTO
Ukraynanın “Volontyor” könüllü hərəkatının rəhbəri Roman Soviçin “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Rusiyanın artıq 4 aya yaxındır ki,...