Dünya daha bir fəlakətin astanasında: Meşə yanğını Çernobıldakı nüvə reaktoruna yaxınlaşır
Ukraynada Çernobıl faciəsinin baş verdiyi bölgənin 30 km yaxınlığında bir neçə gün öncə başlayan yanğının miqyası artmaqdadır.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, yanğın artıq partlayışın qeydə alındığı keçmiş Atom Elektrik Stansiyasının 1 km yaxınlığına çatıb. Bu isə yenidən radiasiyanın güclənməsi riski deməkdir.
Məlumata görə, birinci yanğın 34 min hektarlıq ərazini, ikinci yanğın isə 12 min hektarlıq ərazini külə çevirib.
Ukrayna Dövlət Fövqəladə Hallar İdarəsi yanğının hazırda nəzarət altında olduğunu və radiasiyanın da normada qaldığını açıqlasa da, “Greenpeace” təşkilatı vəziyyətin rəsmi açıqlamalardan daha təhlükəli olması barədə məlumat yayıb.
Qeyd edək ki, paytaxt Kiyevə 110 km məsafədə yerləşən Çernobıl Atom Elektrik Stansiyasında 26 aprel 1986-cı ildə baş vermiş partlayış nəticəsində 600 minə yaxın insan radiasiyaya məruz qalıb. Zəhərli hava Avropanın bir hissəsi ilə yanaşı ABŞ, Kanada və hətta Yaponiyaya qədər çatıb.
Oxşar xəbərlər
Koronavirusa hansı ölkədə nə qədər insan yoluxub? Ölənlər və sağalanlar - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) dünyanın 74 ölkəsinə rast gəlinib. BAKU.WS xəbər verir ki, bu dəqiqəyə qəd...