Ukraynanın keçmiş Prezidentinin Moskvada əvvəllər yaşadığı evə silahlı basqın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Hakimiyyətdən devrildikdən sonra Rusiyaya qaçan Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin Moskva ətrafında əvvəllər yaşadığı “Şervud” kottec qəsəbəsindəki evinə silahlı şəxs daxil olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, silahlı şəxs evlərdən birini ələ keçirərək mühafizəçiləri və bir polis əməkdaşını girov götürüb. O, qışqıraraq Ukraynadakı müharibədən bir müddət əvvəl qayıtdığını və “Allahın əmrlərinə” əməl etdiyini deyib. Adı açıqlanmayan həmin şəxs bildirib ki, tutduğu ev “Allaha məxsusdur” və heç kim yaşamadığı üçün daxil olub.
Hadisə yerinə, Rusiyanın xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Onu neytrallaşdırmaq üçün əməliyyat keçirilir.
Qeyd edək ki, Viktor Yanikoviç 2010-cu il fevralın 25-dən 2014-cü il fevralın 22-dək Ukraynanın Prezidenti olub. 2014-cü il fevralın 22-də etiraz aksiyaları nəticəsində ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...