Ukraynalı məktəblilərə dronları uçurmaq öyrədiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Poltava vilayətində məktəblilərə pilotsuz uçuş aparatlarını (PUA) idarə etməyi öyrətmək qərarına gəliblər.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli işə qəbul və sosial dəstək üzrə mərkəzinin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Məktəblərdə uşaqlara dronları necə uçurmaq öyrədiləcək. 2023-2024-cü tədris ili üçün Ukraynanın Müdafiəsi fənni proqramına mühüm dəyişikliklər edilib. Bundan sonra dərslərdə tələbələr taktiki tibb, mina təhlükəsizliyi, ərazi naviqasiyası və PUA-ların idarə edilməsini öyrənəcəklər”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Poltava vilayəti yeni təlim sahələrinin praktikaya tətbiq olunduğu ilk bölgə olub. Lakin dərs keçmək üçün pilotsuz təyyarələr hələ alınmayıb.
Oxşar xəbərlər
Putin nəqliyyat təhlükəsizliyi işçilərinə PUA-ları vurmağa icazə verib
Rusiya prezidenti Vladimir Putin nəqliyyat təhlükəsizliyi işçilərinə pilotsuz uçuş aparatlarını vurmaq hüququ verən qanunu imzalayıb. Müvafiq sənəd hüquqi infor...