Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evləri tamamilə dağılıb və yaxud ciddi zərər çəkib.
Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.
Qeyd edək ki, bu, rəsmi statistika deyil, büromuzun araşdırma nəticəsində məlum olan mümkün rəqəmlərdir. Bu səbəbdən say daha artıq da ola bilər.
Oxşar xəbərlər
Ukraynada azərbaycanlı kişi ailəsi ilə birlikdə itkin düşüb - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə ölkə boyu bütün...