Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Mariupolda 1 yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.
Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenskinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha 3 uşaq ağır yaralanıb.
Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq-red), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.
Oxşar xəbərlər
Ukraynada müharibə zamanı yaralanan uşaqların sayı artıb
Ukraynada Rusiya ordusunun genişmiqyaslı silahlı əməliyyatı zamanı yaralanan uşaqların sayı artır. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın...