Ukraynada müharibədə ölən uşaqların sayı AÇIQLANDI

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb”.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, müharibə nəticəsində 563 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: "Rusiyanın canlı qüvvə itkiləri 20 000-ə çatıb"
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı...