Ukraynada müharibə başlayandan öldürülən dinc sakinlərin sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib.
Boyçenko, həmçinin qeyd edib ki, qarşı tərəf şəhərdən təxliyə prosesinə əngəl törədir.
"Biz başa düşürük ki, 100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar”, - mer qeyd edib.
Bundan əvvəl BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.
Oxşar xəbərlər
Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı
Azərbaycan vətəndaşı, hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə yollanıb. O, bir...