Ukraynada hicabla pasporta şəkil çəkdirməyə icazə verildi
06
sen
2019
14:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müsəlman qadınlara şəxsiyyəti təsdiq edən sənədlər üçün hicabla fotoşəkillər çəkdirməyə icazə verilib.BAKU.WS xəbər verir ki, bu barədə yerli "ALİF TV" məlumat yayıb. Bundan sonra ölkənin müsəlman qadınları pasport üçün şəkil çəkdirərkən hicablarını çıxarmaq məcburiyyətində qalmayacaqlar. Ukrayna Nazirlər Kabinetinin 17 iyul 2019-cu il tarixli müvafiq qərarı hökumət portalında yayımlanıb. Dəyişikliklərin məqsədi Ukrayna qanunvericiliyini beynəlxalq səviyyəyə uyğunlaşdırmaqdır. Qərar bu ilin oktyabr ayında qüvvəyə minir.
Oxşar xəbərlər
Ukraynada iki Azərbaycan vətəndaşı həbs olunub - FOTO
Ukraynada dələduzluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı məsuliyyətə cəlb olunub.BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayət...