Ukraynada həlak olan azərbaycanlı hərbçinin nəşi tapılmır - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə ölkənin mərkəzi, cənub-şərqi və şərq vilayətləri hava hücumuna məruz qalıb.
Həmçinin qeyd edilib ki, Ukrayna ordusu Xerson və Krım istiqamətində hücumlarını intensivləşdirib.“Bundan əlavə, Donetsk vilayətinin Avdiyevka şəhəri demək olar ki, mühasirəyə düşüb. Əgər Ukrayna silahlı qüvvələri Avdiyevkanı itirərsə, bu, artıq Donetskin taleyinin həll olunması deməkdir”, - deyə jurnalist əlavə edib.
M.Aslanov onu da bildirib ki, Ukrayna ordusunun təxminən iki ay əvvəl itkin düşən və həlak olduğu bildirilən azərbaycanlı hərbçisinin nəşi hələ də tapılmayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
