Ukraynada edam edilmiş azərbaycanlının meyiti tapıldı - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Rusiya Ordusu yenidən bütün ölkə boyu İran dronları ilə hücuma keçib.
Qeyd edilib ki, xüsusilə Xarkov, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətləri genişmiqyaslı hava hücumuna məruz qalıb.
“Rusiya Ordusu Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan ərazilərinə “İskəndər” raketləri ilə səhərə qədər dayanmadan hücum edib. Onların əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Melitopolda işgəncə görmüş insan meyitləri aşkarlanıb:
“Onlardan birinin təxminən bir ildən çoxdur itkin düşən həmyerlimiz Həsən Babayev olduğu və ağır çəkiclə edam edildiyi deyilir”.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
