Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
Siyasət 142

"Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb".

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində administrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya əsasən, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir:

“Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

Son xəbərlər