Ukraynada azərbaycanlının fermasına hücum: Oğlu yaralandı - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Çerniqov və Jitomir vilayətlərində gecədən səhərə qədər Belarus ərazisindən hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.
Məlumata görə, Rusiya Ordusu, həmçinin Donetsk, Zaporojye, Xerson, Xarkov vilayətlərinə hücumlar həyata keçirir:
“Donetsk və Xarkova təkcə ötən gecə 75 dəfə hücum olub. Onların qarşısı Ukrayna Silahlı Qüvvələri tərəfindən alınıb”.
O da bildirilib ki, Zaporojyedə həmyerlimiz Hüseyn Hüseynova məxsus ferma mərmi atəşinə məruz qalıb. Onun mal-qarasının əksəriyyəti məhv olub, oğlu Əli Hüseynov isə yaralanıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
