Ukrayna xarici ölkələrdən kömək istəyib - FOTO

Ukrayna xarici ölkələrdən kömək istəyib - FOTO
Siyasət 346

Bu gün səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna silah tədarükü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşşenko silah tədarükünü artırmağı xahiş edib.

"Zəhmət olmasa, onlayn olaraq öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır, milyonlarla həyatdır", - deyə Geraşşenko tvitterdə yazıb.

Anton Geraşşenko müraciətində dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri xahiş edib:

"Zəhmət olmasa, qalib gəlməyimizə kömək edin. Bizə sağ qalmağa kömək edin. Gecikmələr insan ölümünə səbəb olur".

Son xəbərlər